Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər virusları tələyə sala biləcək nanokapsulalar hazırlayıb

Alimlər virusları tələyə sala biləcək nanokapsulalar hazırlayıb

Tarix: 16 Iyul 2021 09:14

Almaniya və ABŞ alimləri viruslarla mübarizə üçün yeni bir yanaşma təklif ediblər.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə yədqiqatın nəticələri "Nature Materials" jurnalında dərc edilib.

Bildirilib ki, virusları tələyə salan və udan nanokapsulalar genetik material əsasında yaradılıb.

Müəlliflər inkişaf etdirdikləri metodun yeni "SARS-CoV-2"yə qarşı da effektli olacağına inanırlar.

Almaniyanın Münhen Texniki Universitetin, "Helmholtz" Mərkəzinin və ABŞ-ın "Brendays" Universitetinin tədqiqatçıları virusları mexaniki şəkildə tutaraq zərərsizləşdirə bilən DNT-dən ibarət nanostrukturlar inkişaf etdiriblər.

Qeyd edək ki, 1962-ci ildə bioloq Donald Kaspar və biofizik Aaron Kluq virusların protein qabıqlarının qurulduğu həndəsi prinsipləri kəşf ediblər. Lakin o dövrdə elm adamları, bir virusun dəliklərindən keçəcəyi qədər böyüklükdə içi boş cisimlər yarada bilməzdilər.

Münhen Texniki Universitetinin biyomolekulyar nanotexnologiya professoru Hendrik Dietzin rəhbərliyi altında çalışan işçi qrup isə bu xüsusiyyətlərə əsaslanaraq DNK-dan virus ölçüsündə öz-özünə yığılmış obyektlər yaratmaq üçün bir metod hazırlayıb.


Etiketlər:  Alimlər virusları tələyə sala biləcək nanokapsulalar hazırlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ