Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycana gəlir

Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycana gəlir

Tarix: 16 Iyul 2021 13:38

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfər edəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Şarl Mişelin mətbuat katibi Barend Leyts "Twitter"də bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərini gücləndirmək niyyətindədir.

"Bunun üçün Aİ Şurasının Prezidenti iyulun 16-18-də Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, Ermənistan Prezidenti Armen Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.

İyulun 19-da Şarl Mişel Batumi beynəlxalq konfransında iştirak edəcək və Gürcüstan Prezidenti Salome Zurabaşvili, Baş nazir İrakli Qaribaşvili, Moldova Prezidenti Maya Sandu və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək", - deyə Aİ Şurasının Prezidentinin sözçüsü bildirib.


Etiketlər:  Şurasının Prezidenti Şarl Mişel Azərbaycana gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ