Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2021 14:48
Ölkə ərzisində 17 regional DOST Mərkəzi və 47 filialın açılması nəzərdə tutulur.
Sonxeber.net xəbər verir ki, bunu DOST Agentliyinin idarə heyətinin sədr müavini Seymur Alıyev deyib. O bildirib ki, DOST Mərkəzlərinin 2025-ci ilə qədər bütün ölkəni əhatə etməsi planlaşdırılır:
"İşğaldan azad olunmuş ərazilərdə, həmçinin ölkə başçısının tapşırığına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da belə mərkəzin yaradılması istiqamətində işlər aparılır. Bu regional mərkəz Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə kömək məqsədilə açılacaq".