Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deltadan sonra Lyambda - Hansı ştamm daha təhlükəlidir?

Deltadan sonra Lyambda - Hansı ştamm daha təhlükəlidir?

Tarix: 16 Iyul 2021 21:32

C37 kodlu yeni ştamm Lyambda 1 ay əvvəl rəsmən təsdiqlənib.

Artıq bu ştamm dünyada onlarla ölkədə yayılıb.

Sonxeber.net xəbər verir ki, bu ştamm Latın Amerikasında aşkar edilib.

İlk dəfə Peru şəhərində qeydə alınıb. Bu ölkələrdə yarım ildir güclənən Lyambda koronavirusun demək olar bütün ştammlarını sıradan çıxararaq, özü əsas mutasiya olub.

Hazırda Peruda 100 xəstədən 95-i Lyambda ştammına yoluxub. 1000 xəstədən 7 nəfər həyatını itirir. Bu göstərici dünyada ən yüksəkdir.

Burdan belə nəticəyə gəlmək olur ki, Lyambda koronavirusun Uhan və klassik ştammından daha təhlükəlidir, Delta ilə paralel rəqabətə girib.

İyunun 14-də ÜST Lyambdanı təhlükəli variantlar siyahısına daxil edib. Hələ ki, bu ştammın antitel və peyvəndlərə necə təsir etdiyi barədə dəqiq məlumat yoxdur. /medicina.az


Etiketlər:  Deltadan sonra Lyambda Hansı ştamm daha təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ