Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 08:15
Diabetik nefropatiya şəkərli diabet xəstəliyi zamanı böyrək zədələnmələrinin ümumi adıdır.Şəkərli diabet zamanı böyrəklərdə aşağıdakı xəstəliklər meydana çıxa bilir:
- qlomeruloskleroz
- ateresklerotiknefroangioskleroz
- pielonefrit
- papilyar nefroz
- sidik yollarının infeksiyas
- Kimmelstil - Vilson sindromu
Diabet ağırlaşma verdikdə isə nefropatiya və retinopatiya birgə müşahidə edilir.
Diabetik nefropatiya bəzi xəstələrdə proqnozu təyin etdiyinə görə mütəxəssislərin diqqətini cəlb edir.Çünki,birinci tip insulindən asılı şəkəli diabetin ağırlaşması 40% xəstələrdə təsadüf olunur.48% halda isə ölümə səbəb olur.
İnsulindən asılı ikinci tip şəkərli diabet xəstələri 80% halda böyrək zədələnməsindən həyatını itirir.Hətta son illə xroniki böyrək çatışmazlığı ilə periton dializi və hemodializ alan xəstələr arasında diabetik nefropatiya xəstələrinin sayı sürətlə artmışdır.
I tip şəkərli diabet xəstələrində 10 il müddətində diabetik nefropatiya inkişaf edir.20 ilə qədər 20-25%,30 ilə qədər 35-40%,40 ilə qədər xəstələr arasında 45% nefropatiya inkişaf edir.
II tip şəkərli diabet xəstələrində 5 ilə qədər dövrdə 10% xəstələrdə,20-25 il müddətində 20-35%,xəstəliyin daha uzun müddətində 50-57% halda diabetik nefropatiya inkişaf edir.
Şəkərli diabet zamanı böyrək zədələnmələrinin 5 mərhələsi qeyd edilir:
1 hipoerfuksiya - şəkərli diabetin debütü
2 böyrəklərin başlanğıc struktur dəyişiklikləri - 2 ildən çox
3 diabetik nefropatiyanın başlanğıcı - 5 ildən çox
4 diabetik nefropatiya - 10-15 ildən çox
5 yumaqcıqların sklerozu,total diffuz və ya düyünlü qlomeruloskleroz - 15-20 ildən çox
Xəstəliyin ilk III mərhələsində şəkərli diabet xəstələrində arterial təzyiq,mikroalbimunuriya,xaratrerik sayılır.IV və V mərhələlərdə əlamətlərə proteinuriya əlavə olunur və böyrəklərin funksiyası get-gedə pisləşməyə başlayır.Bu mərhələdə pozulmuş karbohidrat mübadiləsinin əlamətləri də özünü göstərrməyə başlayır.
Xəstəliyin sonuncu mərhələsi bir-neçə il davam etdikdən sonra diabet xəstələrində xroniki böyrək çatışmazlığı inkişaf etməyə başlayır.Bu mərhələdə xəstələrdə qlükozanın səviyyəsi qanda aşağı düşür,insulinə təlabat azalır,hətta bəzən heç insulinə ehtiyac olmur.