Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtobusda qorxu dolu anlar: Sərnişinlər pəncərəni qırıb tullandılar - VİDEO

Avtobusda qorxu dolu anlar: Sərnişinlər pəncərəni qırıb tullandılar - VİDEO

Tarix: 17 Iyul 2021 11:00

Türkiyənin Alanya şəhərindən Antalya aeroportuna turist daşıyan tur avtobusunun qəzaya uğraması sərnişinlərin təlaşına səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı kadrlar paylaşıb.

Bildirilir ki, avtobus başqa bir nəqliyyat vasitəsinin sıxışdırması nəticəsində baryerə çırpılıb. İctimai nəqliyyatın sağ tərəfinin tamamilə sıradan çıxmasına görə qapılar açılmayıb. Bundan qorxuya düşən turistlər pəncərəni qıraraq, oradan çıxıblar.

Hadisə nəticəsində turistlərin yüngül xəsarət aldıqları bildirilib. Onlara yerindəcə tibbi yardım göstərildikdən sonra başqa bir avtobusla aeroporta yola salınıblar.

Milli.Az


Etiketlər:  Avtobusda qorxu dolu anlar Sərnişinlər pəncərəni qırıb tullandılar VİDEO


RƏYLƏR