Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhsilə yeni baxış - VİDEO

Təhsilə yeni baxış - VİDEO

Tarix: 17 Iyul 2021 11:20

Azərbaycan iqtisadiyyatın baza sektorları üçün kadrlar hazırlamalıdır

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Azərbaycanda iqtisadiyyat üzrə magistratura təhsili alanları sayı real iqtisadiyyata aid olan texnika və texnologiya ixtisaslarına yiyələnmiş magistrlərin sayından təxminən 2 dəfə çoxdur, iqtisadçılar kənd təsərrüfatı ixtisaslarına yiyələnənlərdən isə təxminən 20 dəfə çoxdur.

Bu barədə həyəcan təbili çalan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov bu günlərdə "Azərbaycan" qəzetində yazdığı məqaləsində Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edib.

Statistikaya görə, 2019-ci ildə magistraturanı bitirmiş 6,1 min mütəxəssisin 2 mini (32,8 faizi) iqtisadiyyat və idarəetmə ixtisaslarına yiyələnib. Real iqtisadiyyata aid olan texnika və texnologiya ixtisaslarına yiyələnmiş magistrlərin sayı isə 1,2 mindir (19,6 faiz). Kənd təsərrüfatı ixtisasları üzrə magistraturanı isə 100 nəfər (1,6 faiz) bitirib. "Bu o deməkdir ki, magistr səviyyəsində əmək bazarında 1 mühəndis, aqronom və ya zootexnikə 1,5 iqtisadçı və ya idarəçi düşür",- deyə akademik Urxan Ələkbərov vurğulayır. Akademik öz məqaləsində doktorantura təhsilinə də toxunur və orada da eyni vəziyyətin müşahidə olunuduğun statistik göstəricilərlə sübut edir.

Statistikaya görə, 2020-ci ildə təhsil alan 2512 doktorantdan 424-ü (16,9 faizi) iqtisad elmləri, 319-u (12,7 faizi) isə filologiya elmləri sahəsində çalışıblar. Halbuki, texniki elmlər üzrə doktorantlar yalnız 275 nəfər (10,9 faiz), aqrar elmlər üzrə doktorantlar isə 177 nəfər (7 faiz) olub. Neft və qaz, mədən sənaye sahələrini təmsil edən yer elmləri üzrə doktorantlar isə cəmi 2,3 faiz təşkil edir. ABŞ-ın aparıcı universitetlərində və beynəlxalq institutlarda (BMT-də, Dünya Bankında) məruzələrlə çıxış etmiş və seminarlar keçirmiş alimin düşüncəsinə görə, kadr potensialın bazisində real iqtisadiyyat sahələri durmalıdır, yəni ən çox kadr texnika, texnologiya, kənd təsərrüfatı, səhiyyə, təhsil və xidmət sahələri üzrə hazırlanmalıdır.

Daha sonra mədəniyyət və humanitar sahələr üzrə kadrlar hazırlanmalıdır. Yalnız piramidanın yuxarı üçüncü səviyyəsində iqtisadçılar və idarəedicilər yer alır, yəni iqtisadçıların sayı qat-qat az olmalıdır.

Piramidanın zirvəsində isə hüquqşunaslar olmalıdır.


Etiketlər:  Təhsilə yeni baxış VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ