Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"O, mənim xoşuma gəlməyən fərqli bir həyat tərzi yaşayır" - Misirli iş adamı sevgilisi haqqında

Tarix: 17 Iyul 2021 15:10

Türkiyənin məşhur fenomeni Şeyma Subaşı ilə eşq yaşayan misirli iş adamı Mohammed Alsaloussi münasibətləri haqda sualları cavablandırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, biznesmen ayrılma qərarını özü verdiyini bildirib.

"Hər şeyin bitməsini istəyən mən idim. Şeymaya kredit kartımı vermişdim, bütün xərclədiklərinin siyahısı məndə var. Bütün xərclərin, ziynət əşyalarının qiymətinin yer aldığı çekləri göndərmişəm. Bank hesabımdan Şeymaya verdiyim kart ondadır. Şeymanın hər ay nə qədər xərclədiyini dostum yazıb saxlayıb. Haqqımda dələduz dedilər, bu da məni incitdi.

Anam noyabrda dünyasını dəyişib. Şeyma ilə anam ölməzdən bir az əvvəl tanış olmuşdum. Dekabrda münasibətimiz daha da yaxşılaşdı. İçimdə böyük boşluq var idi, çünki anama çox bağlı idim. Şeyma ilə tanış olanda mənə qayğı göstərdi. Bundan xoşum gəldi. Melisa möhtəşəm övladdır. İçimdəki boşluğu, ailə hissini onlarla doldurdum. Zaman keçdikcə, anladım ki, Şeyma və mənim aramda uyğunsuzluq var. O, mənim xoşuma gəlməyən fərqli bir həyat tərzi yaşayır".

Milli.Az


Etiketlər:  O mənim xoşuma gəlməyən fərqli bir həyat tərzi yaşayır Misirli adamı sevgilisi haqqında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ