Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan sağalanlarda bu fəsadlar yaranır

Koronavirusdan sağalanlarda bu fəsadlar yaranır

Tarix: 18 Iyul 2021 13:54

Rusiyanın Novosibirsk şəhərinin 3 saylı Psixiatriya xəstəxanasının baş həkimi Yana Moxnaçeva koronavirus infeksiyasının xoşagəlməz nəticələrindən danışıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, psixiatr COVID-19-un yaddaşı zəiflətdiyini deyib.

"Yaddaş və zehni funksiyalar azalır. Bərpa çox ləng gedir, 4 aydan 8 aya və ya daha çox", - ekspert bildirib.

Moxnaçeva infeksiyanın həm xəstəlik zamanı, həm də klinik müalicə sonrası zehni sağlamlığa təsir etdiyini əlavə edib:

"Bir çox yaşlı insan xəstəlikdən əziyyət çəkdikdən sonra çarəsiz və halsız olur. Demensiya əlamətləri özünü göstərir. Zehni fəsadlar gənclərdə də olur. Koronavirusa yoluxanlar psixoz, müxtəlif zehni pozğunluqlar, panik-atak, depressiya, nevroz, obssesiv kompulsiv pozuntu və fobiyalardan əziyyət çəkirlər".


Etiketlər:  Koronavirusdan sağalanlarda fəsadlar yaranır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ