Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada daşqınlar neft sızmasına səbəb olub

Almaniyada daşqınlar neft sızmasına səbəb olub

Tarix: 19 Iyul 2021 11:56

Almaniyanın qərbində daşqınlar nəticəsində həlak olanların sayı 156-ya yüksəlib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, daha 670 nəfər xəsarət alıb. 

Məlumata əsasən, güclü yağış və daşqınlar səbəbindən ölən və yaralıların sayının artma ehtimalı böyükdür. 

Bununla yanaşı, daşqın Hükesvaqen şəhərində neft sızmasına səbəb olub. "Ria Novosti"nin məlumatına əsasən, Hükesvaqen şəhərinin ətrafında bir neçə müəssisə su altında qalıb. Nəticədə neft və digər maddələrin sızması qeydə alınıb. Hazırda ekspertlər hava və sudan nümunələr götürür.

Qeyd edək ki, "Bernd" siklonu səbəbindən keçən həftədən etibarən Almaniyada leysan yağışları davam edir.


Etiketlər:  Almaniyada daşqınlar neft sızmasına səbəb olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ