Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2021 22:16
2021-ci ildə koronavirus pandemiyasını dayandırılmaq mümkün olacaq. Buna peyvəndlənmə kömək edəcək.
Sonxeber.net xəbər verir ki bu sözləri "Vektor" Elmi Mərkəzinin Yekaterinburq Virus İnfeksiyaları İnstitutunun rəhbəri Aleksandr Semyonov deyib.
O, bildirib ki, kəskin tənəffüs xəstəlikləri pandemiyası ümumiyyətlə iki-üç il davam edir: "Pandemiya bütün dünyanı iki il deyil, bir yarım ildir ki, ağuşuna alıb. Üç fəsildə dünya səviyyəsində kütləvi immunitet formalaşır, effektiv kütləvi peyvəndlənmə aparılmdığı zaman bu kifayətdir. Lakin məlumdur ki, vaksinasiya bütün dünyada aparılır. Bu halda ikinci ilin sonuna qədər pandemiyanı dayandırmaq mümkün olacaq", - açıqlamasında bildirib. (publika.az)