Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

16 yaşlı qıza nişan keçirilməsinin qarşısı alındı

16 yaşlı qıza nişan keçirilməsinin qarşısı alındı

Tarix: 21 Iyul 2021 14:54

Bu gün Astara rayonunun Rudəkənar kənd sakini, 2005-ci il təvəllüdlü Sumayyə Məmmədovanın özündən 14 yaş böyük bir şəxslə nişan mərasiminin keçiriləcəyi məlumatı yayılıb.

Sonxeber.net bildirir ki, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova APA-nın cənub bürosuna bildirib ki, kəndin icra nümayəndəsi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri və Rayon Polis Şöbəsinin əməkdaşları nişan mərasiminin keçirilməsinin planlaşdırıldığı rayonun Rudəkənar kəndində Azad Məmmədova məxsus evə gediblər.

Nəticədə mərasimin qarşısı alınıb. S. Məmmədova və valideyni ilə profilaktik söhbət aparılıb, təlimatlar verilib.

Faktla bağlı sənədlər hazırlanaraq Astara Rayon Prokurorluğuna göndərilib.


Etiketlər:  yaşlı qıza nişan keçirilməsinin qarşısı alındı


RƏYLƏR