Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2021 21:54
Alimlər son illərin ən geniş yayılmış xəstəliyi - əqli geriləmə, demensiyanın ən birinci simptomunu açıqlayıb. Demensiya orqanizmdə ilkin olaraq yuxu vərdişinin dəyişməsində göstərir.
Sonxeber.net xəbər verir ki, əgər bir insada səbəbsiz olaraq yuxu rejimi dəyişib pozularsa və uzun müddət davam edərsə, bu demensiyanın başlanğıcı ola bilər.
Demensiya zamanı baş beyində həqiqətən fiziki dəyişikliklər baş verir.
Demensiya və Alsgeymerin başlanğıcında insan gündüzlər yatmağa meyillənir, yuxusu gəlir, gecələr isə əksinə yuxusu qaçır və bütün işlərini gecə görür və bunu normal qəbul edir.
Sonradan bu elə dərinləşir ki, insan sutkanın gecə ilə gündüz saatlarını ayırd edə bilmir.
Əvvəl bu simptomlar periodik olaraq gəlib gedir, amma xəstəlik irəlilədikcə insan hansı saatda yatmalı olduğunu bilmir. Gecə hətta ailə üzvlərini də oyadaraq özünü gündüzdəki kimi aktiv aparır və hamıdan da bunu tələb edir.
Əgər yaşı 60-dan yuxarı ailə üzvünüzdə belə davranışlar hiss etdinizsə, dərhal demensiyadan şübhələnib nevroloq və psixiatra müraciət etməli, baş beyin yoxlanmalıdır.
Hazırda demensiyanın dəqiq səbəbləri və müalicəsi yoxdur, amma onun inkişafı ləngidilə bilər. /medicina.az