Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da qaz kəmərində güclü partlayış olub

ABŞ-da qaz kəmərində güclü partlayış olub

Tarix: 23 Iyul 2021 11:48

ABŞ-ın Kanzas ştatında qaz kəmərində güclü partlayış baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 22-si Ellsworth adlı ərazidə yerləşən qaz kəmərində baş vermiş partlayış nəticəsində yanğın başlayıb.

İlkin versiyalara görə, partlayışa səbəb yanacaq sızması olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə qaz kəməri üzərində yüksək alovların səmaya qalxdığını görmək mümkündür.

"KSAL News"un məlumatına görə, alovların hündürlüyü 100 metrə çatıb.

İnsident yaşayış məntəqələrindən uzaqda baş verib və xəsarət alanların olub-olmaması barədə hələ açıqlama verilməyib. Hazırda qəza baş verən ərazidə xüsusi xidmət nümayəndələri çalışır.

Milli.Az


Etiketlər:  ABŞ da qaz kəmərində güclü partlayış olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ