Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emin Ağalarovun yeni duet ortağı - VİDEO

Emin Ağalarovun yeni duet ortağı - VİDEO

Tarix: 23 Iyul 2021 17:00

Xalq artisti Emin Ağalarov Rusiyanın məşhur ifaçısı Alsu ilə bir araya gələrək "Разные" klipini təqdim edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, klipin rejissoru və operatoru Yevgeniy Kuritsyn, musiqi və sözlərin müəllifi isə Daria Kuznetsovadır.

"Bu gözəl mahnını Alsou ilə oxuduğumuza görə çox şadam. Uzun illərdir ki, dostuq və ortaq bir iş ərsəyə gətirmək həmişə aramızda müzakirə olunub. Və nəhayət bu baş verdi. Mahnı çox gözəldir. Həqiqətən çox fərqliyik, fərqli sevgi hekayələrimiz var. Bu videoda hər şey sözsüz aydındır və nəticədən çox məmnunam" deyə, Emin kliplə bağlı təəssüratlarını bölüşüb.

"Çoxdan bəri bizə uyğun olan mahnını axtarırdıq. Bu çox gözəl parçanı yazdığına görə müəllifimiz Dariaya təşəkkür edirəm. Klipimiz filmə bənzəyir, burada artıq sözlər yoxdur - əvəzinə musiqi danışır. Nə qədər fərqli olsanız da, sevgi yenə də qalib gəlir" deyə, Alsu bildirib.

Milli.Az


Etiketlər:  Emin Ağalarovun yeni duet ortağı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ