Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu şadlıq sarayları toylara görə cərimələndi

Bu şadlıq sarayları toylara görə cərimələndi

Tarix: 23 Iyul 2021 17:56

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və istirahət mərkəzlərində keçirilən toy mərasimlərində yoxlamalar aparılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən "Mələk", "Qızıl Tac" və "Kral" şadlıq evlərində keçirilən yoxlamalar zamanı təşkil edilən toy məclisləri barədə məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb. Həmin obyektlərin icarədarları və ya sahibləri - Afər İsmayılov, Yusif Yusifov və Bəxtiyar Güləhmədov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

Polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Bayan kəndi ərazisində yerləşən "Palma" istirahət mərkəzində keçirilən toy mərasimində isə müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi aşkarlanıb. Həmin obyekti işlədən Aydın Mikayılov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Milli.Az


Etiketlər:  Bu şadlıq sarayları toylara görə cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ