Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan regionda vəziyyəti gərginləşdirmək istəyir

Ermənistan regionda vəziyyəti gərginləşdirmək istəyir

Tarix: 26 Iyul 2021 15:33

"Ermənistan hakimiyyəti köhnə gündəmi regiona gətirmək niyyətindədir".

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Ermənistana paralel olaraq həm güc, həm də diplomatik təzyiqləri artırmaq lazımdır:

"Köhnə gündəmin də nə olduğu 30 il ərzində biz çox yaxşı bildik ki, nə deməkdir. Təəssüflər olsun ki, o köhnə gündəmi əzbərləmişik. Köhnə gündəm ondan ibarətdir ki, qondarma "status" məsələsi ortalığa çıxmalıdır, bununla da guya bölgədə münaqişə davam edir kimi bir abu-hava yaratmağa çalışırlar. Digər yandan da niyyət ondan ibarətdir ki, bu qeyri-müəyyən siyasi vəziyyət davam etməklə Ermənistan müəyyən siyasi dividentlər qazanaraq regiona qeyri-regional oyunçuları gətirsin. Məqsədləri bəllidir.

Ermənistan sərhəddə bu gərginliyi yaratmaqla demək istəyir ki, guya münaqişə həll olunmayıb, münaqişə hələ də davam edir, münaqişənin həllində müəyyən qüvvələr iştirak etməlidirlər, "status" məsələsi gündəmə çıxmalıdır, sərhəddə delimitasiya prosesləri dayandırılmalıdır və beləliklə, Ermənistan tərəfindən Qazaxın 7 kəndinin, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması prosesi dayandırılmalıdır, kommunikasiya yolları (Zəngəzur dəhlizi) açılmamalıdır. Ermənistanın istəkləri təxminən bunlaran ibarətdir. 

Ermənistan bu yolla regionda vəziyyəti süni olaraq gərginləşdirmək istəyir. Beləliklə, rəsmi İrəvan 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının şərtlərini pozur, bununla da "Münaqişə davam edir" tezisini əsaslandırmaq istəyir. Ermənistana təzyiqlər lazımdır. Bu ölkəni həm güc, həm də diplomatik yolla təzyiqlər etməklə yola gətirmək olar".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənistan regionda vəziyyəti gərginləşdirmək istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ