Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2021 20:56
Vatikan dövləti tarixdə ilk dəfə olaraq daşınmaz əmlak varidatını açıqlayıb.
Sonxeber.net "Sözcü"yə istinadla xəbər verir ki, Vatikan dövləti daşınmaz əmlak varidatı ilə bağlı rəsmi sənədləri ictimaiyyətə təqdim edib. Rəsmi sənədlərə əsasən, Vatikan dövləti İtaliyada 5000 sayda daşınmaz əmlak mülklərinə sahibdir.
Vatikanın mal varlıqlarına cavabdeh olan APSA-nın yaydığı məlumatlarda qeyd olunur ki, Papa rəhbərliyindəki dövlətin daşınmaz əmlaklarından 4051-i İtaliya ərazisindədir. 1100-dən artıq mülk isə London və Parisin ən lüks yerlərindədir. Həmin mülklərin 14 faizi isə bazar şərtləri ilə icarəyə verilir.
Qeyd edək ki, gələn həftə Londonda Vatikanın bu şəhərdən mülk alması ilə bağlı məhkəmə prosesi başlayır. Alış-veriş zamanı rüşvət verilməsi iddiası irəli sürülüb. 10 nəfərin ittiham olunduğu məhkəmədə rüşvət verənlər arasında Vatikanın kardinalı Angelo Becciunun da adı hallanır. (publika.az)