Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda koronavirusa yoluxmuş xəstələrə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti uzadılıb

Bakıda koronavirusa yoluxmuş xəstələrə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti uzadılıb

Tarix: 26 Iyul 2021 22:06

Nazirlər Kabineti "Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib.

Sonxeber.net bildirir ki, qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti avqustun 1-dək uzadılıb.

Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib. İndiyə qədər qüvvədə olan qərara əsasən, müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən 2021-ci il iyunun 1-dək olan müddət üçün ödənilib.


Etiketlər:  Bakıda koronavirusa yoluxmuş xəstələrə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti uzadılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ