Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tokio-2020: 5-ci günün gündəliyi – 2 idmançımız mübarizəyə başlayır

Tokio-2020: 5-ci günün gündəliyi – 2 idmançımız mübarizəyə başlayır

Tarix: 27 Iyul 2021 08:40

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, yarışın 5-ci günündə 22 dəst medal sahibini tapacaq.

Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulacaq. Onlardan yalnız biri medal şansına ilk gündə aydınlıq gətirəcək.

Bu, cüdoçu Murad Fətiyevdir. O, 81 kq çəki dərəcəsində mükafatçılar sırasına düşməyə çalışacaq.

Bu gün həm də Azərbaycan badmintonu üçün Olimpiadada debüt gerçəkləşəcək. Qrup mərhələsində ilk turu buraxan milliləşən legioner öz debütündə 1/8 finala doğru ilk addım atmağa çalışacaq.
 
27 iyul
06:00. Cüdo. Kişilər, 81 kq. 1/16 final. Murad Fətiyev - Frederik Harris (Syerra-Leone)
15:00. Badminton. Kişilər, L qrupu, II tur. Edi Reski Dviçayo - Tien Minh Nguye (Vyetnam)

Milli.Az


Etiketlər:  Tokio 2020 5 ci günün gündəliyi 2 idmançımız mübarizəyə başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ