Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2021 08:42
İnsanlar üçün müəyyən vaxtlar tək qalmaq çox vacibdir. Buna gorə də onlar bəzi zamanlar tək qalmaq istəyirlər. Elə adamlar olur ki, onlar başqa insanların əhatəsində olduqda belə öz-özünə qapılmağı, daxili aləminə çəkilməyi və fikirləşməyi sevirlər. Tək qalmağı xoşlayan adamlar daima özlərinə "sığınacaq" axtarır və tənhalığa üstünlük verirlər. Psixoloqlar tənhalığın 3 tipini müəyyənləşdiriblər:
* xroniki
* situativ
* keçici
Xroniki tənhalıq - uzun müddət başqaları ilə ünsiyyət yarada bilməməsinin nəticəsi kimi özünü göstərir.
Situativ tənhalıq - insanın artıq sosial ünsiyyət modelinin dağılmasının nəticəsidir. Bu zaman insanın keçirdiyi hər hansı bir stress vəziyyəti bu cür tənhalığın yaranmasına təsir edən amil kimi özünü göstərir. Adətən bu cür tənhalığı öz əzizlərini itirmiş adamlar yaşamaq istəyirlər.
Keçici tənhalıq - vaxtaşırı əksər insanlarda təsadüfü özünü göstərən, keçici, ötəri bir haldır.
Əgər insanın həyatında tənhalığa gətirib çıxaracaq səbəb varsa bu situativ tənhalıq hesab olunur. Lakin həmin adam 2 il və daha artıq tənha qalmağa üstünlük verərəsə, bu xroniki tənhalıq hesab edilə bilr. İnsanların qarşılıqlı münasibətləri alınmadıqda, dostluq, məhəbbət, mehribanlıq, qayğı insan üçün yad olduqda insanlarda bir-birinə qarşı laqeydlik yaranır. İnsan o zaman özünü tənha hiss edir ki, o öz təlabatını ödəmək üçün ciddi ünsiyyət çatışmazlığı ilə qarşılaşır. Tənha insanlar həm özlərini, həm də ətrafdkı adamları neqativ qiymətləndirirlər. Adətən onlar tək qalmaqdan qorxurlar. Onların əksəriyyəti özlərini bir sıra sahələrdə əvəzolunmaz sayırlar. Onları tənhalığa sövq etdirən başqalarını yanında pərt olmaq və nə demək, nə etmək lazım olduğunu bilməmək duyğusudur.