Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2021 09:10
Xalq artisti Murad Adıgözəlzadənin qızı Məryəmin toyu olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, məclis dünən baş tutub. Məryəm Maksim adlı şəxslə ailə qurub.
Cütlüyün toyundan fotoları aparıcı Hacı Nuran Hüseynov paylaşıb.
Qeyd edək ki, Məryəm M.Adıgözəlzadənin ilk nikahdan olan qızıdır. Pianoçu ikinci dəfə "Eurovision" təmsilçisi Aysel Teymurzadə ilə ailə qurub. Cütlüyün üç övladı var.
M.Adıgözəlzadə Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktorudur.