Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cennifer ad gününü klub prezidentinin yaxtasında keçiribmiş - FOTO

Cennifer ad gününü klub prezidentinin yaxtasında keçiribmiş - FOTO

Tarix: 27 Iyul 2021 14:22

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez ad gününü lüks bir yaxtada qeyd edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 130 milyon avro dəyərində olan yaxta Donetsk "Şaxtyor"unun prezidenti Rinat Axmetova məxsusdur. Hazırda yaxta satışa çıxarılıb və tez-tez məşhurlar və varlı insanlar tərəfindən icarəyə götürülür.

Gəmidə yeddi yataq otağı, lift, üzgüçülük hovuzu və jakuzisi olan geniş teras, hamam, spa müalicəsi otaqları, panoramik dəniz mənzərəli idman zalı, barbekyü və barın olduğu yemək otağı var.

Əlavə edək ki, Lopez ad gününü sevgilisi Ben Affleklə birgə qeyd edib.

Milli.Az


Etiketlər:  Cennifer ad gününü klub prezidentinin yaxtasında keçiribmiş FOTO


RƏYLƏR