Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xalqımızın gözü güləşçilərdədir''

''Xalqımızın gözü güləşçilərdədir''

Tarix: 27 Iyul 2021 20:22

"Bütün xalqımızın, millətimizin gözü güləşçilərdədir. Həmişə güləşçilər axıra qalır və gözəl nəticə göstərirlər".

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio Yay Olimpiya Oyunlarına səfər öncəsi federasiyanın rəsmi saytına açıqlamasında deyib. 3 qat dünya və 3 qat Avropa çempionu yenə olimpiadada uğurla çıxış edəcəklərinə inam ifadə edib: "Olimpiadaya tam heyətlə yollanmasaq da, güclü idmançılarla qatılırıq. Məncə, gözəl nəticə göstərəcəyik. Çünki həqiqətən də çox yaxşı məşqlər etmişik, böyük əziyyət çəkmişik. İnanıram ki, çəkdiyimiz əziyyət yerdə qalmayacaq".

Qeyd edək ki, Tokio-2020-də güləş yarışları 1 - 7 avqustda olacaq.


Etiketlər:  Xalqımızın gözü güləşçilərdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ