Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Kərimli Elçibəyin ruhundan da əl çəkmir

Əli Kərimli Elçibəyin ruhundan da əl çəkmir

Tarix: 28 Iyul 2021 09:42

Əli Kərimlinin lideri olduğu AXCP neçə gündür ki, Əbülfəz Elçibəy, onun nəsli və oğlu barədə təhqir kampaniyasına start verib. Kampaniyanı isə sosial şəbəkələrdə partiya rəhbərliyində təmsil olunan Fuad Əhmədli adlı aktiv tərəfdarı aparır. Bəs görən nədən milli liderləri kimi qəbul etdikləri şəxsi hədəfə alıblar. Çox güman ki, Elçibəyin oğlu toy mərasiminə cəbhəçiləri dəvət etmədiyi üçün, Əli Kərimlini saymadığına görə trolbaşı qondarma dəstəsinə hücum əmri verib. Ən acınacaqlısı odur ki, yazılan statuslarda, şərhlərdə Elçibəyin nəsli təhqir olunur, Əli Kərimli isə təriflənir.

F.Əhmədli status yazaraq qeyd edib ki, ona dəstək verən əziz insanlar arasında rəhmətlik Əbülfəz Elçibəyin bir nəfər də olsun qohumunu görmədim: "Həmçinin də, həmin o görmədiyim qohumları 8 illik partiya fəaliyyətim dövründə də mübarizə meydanında görmədim. Mən yazdığım hər bir cümlənin məsuliyyətini daşıdığımı deyirəm. İlham Əliyevə xidmət edən adamın Əbüfəz bəyin qohumu olub-olmamasından asılı olmayaraq, səhv, nadürüst və xalqa xəyanət yolunda olmasını deyirəm". Əslində, Fuad Əhmədlinin bu münasibəti Əbülfəz Əliyevin oğluna deyil, birbaşa Elçibəyə aiddir. Çünki Elçibəy mifi Əli Kərimli obrazını məhv edir. Bu da Əli Kərimlini narahat edir və bu səbəbdən də Elçibəyi təhqiretmə kampaniyasına start verib.

Elə ötən gün Əli Kərimlinin qatı tərəfdarlarından olan Avropadakı "təhqir maşınları"ndan biri Qabil Məmmədov da Elçibəyi, ailəsini təhqir edib. O, Elçibəyi satqın, casus adlandırıb. Almaniyada yaşayan, sosial şəbəkə dostları əsasən cəbhəçilər olan Zakir Ağayev adlı birisi Fuad Əhmədlinin təhqir statusuna şərh olaraq yazıb ki, Elçibəy qətiyyətsiz və qorxaq olub. Sonra müqayisə apararaq Əli Kərimlinin ondan üstün olduğunu bildirib.

İndi siz özünüz qiymətləndirin. Elçibəyin təhqir olunması fonunda Əli Kərimlinin şişirdilməsi təsadüfidirmi?

Bütün bunların fonunda isə bir daha Əli Kərimlini tərifləyib. İndi sual olunur ki, Elçibəyin təhqir olunması, Əli Kərimlinin tərif edilməsi kampaniyasını kim başladıb? AXCP daxilində nələr baş verir ki, Əli Kərimli Elçibəy mifini dağıdır? Fuad Əhmədli, Qabil Məmmədov Elçibəyə xain deyir, Əli Kərimlini isə tərif edir? Sizcə, Elçibəyin təhqir olunması kampaniyasının təşkilatçısı kimdir?

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Əli Kərimli Elçibəyin ruhundan çəkmir


RƏYLƏR