Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2021 16:58
Yağmur Aşık övladlarının ataları məşhur futbolçu Emre Aşık tərəfindən şiddətə məruz qaldığını iddia edərək şikayətçi olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, məhkəmə prosesində uşaqların həm ataları Emre, həm də dayələri tərəfindən şiddət gördüyü sübut olunub və barələrində həbs qərarı çıxarılıb.
Qərara əsasən, uşaqlara 2 dəfə şiddət tətbiq edən Emre 6 ay 44 gün, dayə Sanavar isə 3 dəfə eyni tipli hərəkətinə görə 6 ay 45 gün müddətinə azadlıqdan məhrum edilib.
Qərarda həmçinin atalarının yanında olan uşaqların bədənlərində qançırlar və zərbə izləri aşkarlandığı əks olunub. Yağmur izahatında uşaqların ataları tərəfindən boğulduğunu, qulaqlarının çəkdiyini, dayənin isə qaranlıq otaqda onları bağlayaraq tərliklə vurduğunu qeyd edib.