Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Düşmən mövqelərimizi atəşə tutdu, qumbaralar atdı

Düşmən mövqelərimizi atəşə tutdu, qumbaralar atdı

Tarix: 29 Iyul 2021 07:32

MN: Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

Milli.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, iİyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Milli.Az


Etiketlər:  Düşmən mövqelərimizi atəşə tutdu qumbaralar atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ