Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konfrans Liqası: ''Keşlə'' və ''Sumqayıt'' cavab matçına çıxacaq

Konfrans Liqası: ''Keşlə'' və ''Sumqayıt'' cavab matçına çıxacaq

Tarix: 29 Iyul 2021 08:04

Bu gün "Sumqayıt" və "Keşlə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab matçına çıxacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, hər iki komanda evdə oynayacaq.

Ölkə kubokunun qalibi "Keşlə" Rusiya "Soçi"sini qəbul edəcək. "ASK Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı Belarusdan olan referi Viktor Şimusik idarə edəcək. Paytaxt klubu səfərdəki oyunda rəqibinə 0:3 hesabı ilə uduzub.

Premyer Liqanın bürünc mükafatçısı "Sumqayıt" isə doğma arenada Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gələcək. "Gənclik şəhəri" təmsilçisi Belqraddakı görüşdə qolsuz heç-heçə edib. "Kapital Bank Arena"dakı oyun da saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi danimarkalı Yorgen Burxardt olacaq.

29 iyul

UEFA Konfrans Liqası

20:00. "Keşlə" (Azərbaycan) - "Soçi" (Rusiya)

Baş hakim: Viktor Şimusik (Belarus)

Bakı. "ASK Arena".

İlk oyun - 0:3

20:00. "Sumqayıt" (Azərbaycan) - "Çukariçki" (Serbiya)

Baş hakim: Yorgen Burxardt (Danimarka)

Sumqayıt. "Kapital Bank Arena"

İlk oyun - 0:0

Milli.Az


Etiketlər:  Konfrans Liqası Keşlə Sumqayıt cavab matçına çıxacaq


RƏYLƏR