Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2021 09:00
Dünyada 2,9 milyarddan çox insan hər ay azı bir dəfə feysbuk sosial şəbəkəsindən istifadə edir. Bu ötən illə müqayisədə 7 % daha çoxdur.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə şirkətin ilin ikinci rübüylə bağlı hesabatında məlumat verilib.
Bundan əlavə, 2021-ci ilin iyun ayında 1,91 milyard insan təkcə feysbuk sosial şəbəkəsindən, dünyada təxminən 3,51 milyard insan şirkətin mövcud olan xidmətlərindən ("Instagram", "Messenger" və "WhatsApp" daxildır - Red) birini ən azı ayda bir dəfə istifadə edib.
"Facebook" şirkəti bu il 29,08 milyard ABŞ dolları gəlir əldə edib. Onun 10,39 milyard ABŞ dolları xalis mənfəətdir.
Qeyd edək ki, feysbuk sosial şəbəkəsi 2004-cü ilin fevralında həmin vaxt 19 yaşı olan və Harvard Universitetində (Boston, ABŞ) informatika və psixologiya ixtisası üzrə təhsil alan amerikalı tələbə Mark Zukkerberq tərəfindən yaradılıb.