Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2021 16:28
Xabarovskda əsl komediya filmlərini xatırladan bir insident yaşanıb. Nikolay (şərti adıdır) həyat yoldaşı ilə dalaşdıqdan sonra evinə qayıtmaq istəməyib qeyri-adı bir addım atıb.
Sonxeber.net kp.ru-ya istinadən xəbər verir ki, Beloqorsk şəhərində yaşayan 35 yaşlı Nikolay evinə qayıtmaq üçün şəhərlərinə gedəcək elektrik stansiyasına gəlir. Spirtli içki qəbul edən kişi altı uşaq və arvadnın yanına dönməmək üçün qeyri-adi addım atır. "02" xidmətinə zəng edərək vağzala bomba qoyulduğunu xəbər edir. Dərhal hadisə yerinə xilasedicilər, minatəmizləyənlər gəlir - bütün qatarların hərəkəti dayanır.
Xabarovskda qatarların hərəkəti iflic olur. Federal Təhülkəsizlik Xidməti xuliqanı dərhal tapır. "Terror aktı barədə yalan məlumat vermə" üzrə cinayət işi qaldırılır. İndi evinə getmək istəməyən Nikolayı maksimum 5 il cəza gözləyir. "Günahımı boynuma alıram və bir də belə etməycəm. Etdiyim hərəkətin məsuliyyətini anlamamışam" deyə "terrorçu" bildirib.
Kamran Seyidov