Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2021 22:51
ABŞ-ın Dyuk Universitetinin saytının bildirdiyinə əsasən, cərrahlar ilk dəfə olaraq bir insana, tamamilə süni ürək köçürə bilib. Təhsil müəssisəsinin bazasındakı tibb mərkəzinin həkimləri 39 yaşındakı ürək çatışmazlığı olan xəstəyə fransız "Carmat" şirkəti tərəfindən istehsal olunan "Aeson" süni ürək köçürə bilib.
Protez tam olaraq ürəyi imitasiya edir. Süni orqan dörd kameradan, iki mikronasosdan, iki çıxış ucundan və dörd klapandan ibarətdir. Hər şey heyvan mənşəli biomaterialdan hazırlanıb. Xəstə ona əsl ürək köçürülənə qədər cihazla müvəqqəti gəzəcək, bu xəstəyə yaşamağa imkan verəcək. Orqanın maksimum xidmət müddəti beş ildir. Bu vəziyyətdə süni orqanın yalnız bir hissəsi bədənə daxil edilir. Bütün bu müddət ərzində xəstənin dörd kiloqram ağırlığında çanta gəzdirməsi lazımdır. Çantada cihazın avtonom işini təmin edən batareya yerləşdirilib. Mütəxəssislər, süni ürəyin insanın gündəlik həyatını məhdudlaşdırmadığını qeyd edir.