Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polisi döyən deputatla bağlı cinayət işi açıldı

Polisi döyən deputatla bağlı cinayət işi açıldı

Tarix: 30 Iyul 2021 17:20

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılmışdır.

Baş Prokurorluqdan Sonxeber.net-a verilən məlumata görə, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Etiketlər:  Polisi döyən deputatla bağlı cinayət işi açıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ