Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2021 20:00
Aparılan nəzarət tədbirləri ilə aşkar olunan 693,5 min manat məbləğində artıq və əsassız ödənişlərin 173,2 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.
Sonxeber.net xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ilin I yarısında aparılmış nəzarət tədbirlərinin nəticələri haqqında məlumatda qeyd olunub.
Bir halda 2021-ci və 2022-ci illər üzrə tələb olunandan artıq proqnozlaşdırılmış vəsaitin 322,5 min manat məbləğində hissəsi azaldılaraq xərclənməsinin qarşısı alınıb.
Hesabat dövründə Xidmətin əməkdaşları tərəfindən prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 23 qurumda aparılan yoxlamalarla aşkar olunan 24.625,7 min manat məbləğində artıq və əsassız ödənişlərin 1303,9 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi və artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi məqsədilə aparılmış nəzarət tədbirlərinin nəticələrinə dair tərtib edilmiş sənədlər aidiyyəti üzrə göndərilib.