Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

Tarix: 31 Iyul 2021 17:36

Əfqanıstanın Kamdiş bölgəsində iyulun 29-u güclü yağışlar səbəbindən sel yaranıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı bölgənin aid olduğu Nuristan vilayətinin yerli rəhbərliyi yayıb.

Məlumata əsasən, sel nəticəsində 60 nəfər həlak olub. Bununla yanaşı, təbii fəlakət nəticəsində 150-dən çox sakin itkin düşüb. 

Bildirilir ki, axtarış-xilasetmə əməliyyatları hazırda davam edir. 

Ölkənin Təbii Fəlakətlərlə Mübarizəyə Hazırlıq İdarəsinin məlumatına görə isə, sel səbəbindən 150 ev və 2 körpüyə zərər dəyib. Həmçinin, qeyd olunur ki, bölgə "Taliban" hərəkatı döyüşçülərinin nəzarətində olduğu üçün seldən zərər görən sakinlərə kömək göndərmək mümkün deyil. 

"Taliban" isə öz növbəsində açıqlama verərək həmin ərazilərdə sakinlərə kömək çatdırmaq istəyən qurumlara şərait yaradılacağını iddia edib.

Milli.Az


Etiketlər:  Əfqanıstanda 60 nəfər selin qurbanı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ