Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə yanğından zərər çəkən 864 xəstədən 837-si evə buraxılıb

Türkiyədə yanğından zərər çəkən 864 xəstədən 837-si evə buraxılıb

Tarix: 1 Avqust 2021 19:40

Türkiyədəki yanğınlardan indiyədək 864 nəfər zərər çəkərək xəstəxanaya yerləşdirilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twıtter səhifəsində yazıb.

Nazir bildirib ki, hazırda onların 27-si xəstəxana şəraitində müalicə olunur:

"Marmaris və Bodrumdakı 203 nəfər yanğının təsirinə məruz qalıb, 186-sı müalicə olunaraq evə buraxılıb. Mersindəki yangının təsirindən 154 nəfər xəstəxanaya yerləşdirilib və hazırda müalicələri bitib, evə buraxılıb. Manavgatdakı yanğından isə 507 nəfər zərər görüb, 497-si müalicə olunaraq xəstəxanadan buraxılıb".


Etiketlər:  Türkiyədə yanğından zərər çəkən xəstədən evə buraxılıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ