Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2021 12:32
Andrey Şevçenkonun futbol üzrə Ukrayna millisinin baş məşqçi postundan getməsinin səbəbləri məlum olub.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, Şevçenko Ukrayna Futbol Federasiyası ilə yeni müqavilənin maliyyə şərtlərini razılaşdıra bilməyib. O, bu səbəbdən millidən ayrılmaq qərarına gəlib.
Məlumata görə, Şevçenko bütün məşqçi heyəti üçün 3 milyon dollar istəyib, lakin Federasiya 1,5 milyon dollardan artıq ödəməyə hazır olmadığını bəyan edib.
Qeyd edək ki, Ukrayna millisi Avropa Çempionatında 16 milyon avro gəlir əldə edib.