Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2019 10:16
Qazaxıstan Premyer Liqasında 22-ci turun rəmzi komandası açıqlanıb.
Qol.az xəbər verir ki, “Tobol”un azərbaycanlı qapıçısı Emil Balayevin də adı növbəti dəfə ən yaxşı 11-likdə yer alıb.
Son turda “İrtış"la görüşdə (2:0) qapısını toxunulmaz saxlayan millimizin üzvü rəmzi komandaya düşüb. Balayevlə yanaşı, "Tobol"un yarımmüdafiəçisi Maksim Fedin də rəmzi 11-liyə salınıb.
Qeyd edək ki, "Tobol" hazırda 45 xalla turnir cədvəlinə başçılıq edir.