Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan müdafiə üçün sprey hazırlanıb

Koronavirusdan müdafiə üçün sprey hazırlanıb

Tarix: 2 Avqust 2021 20:12

Estoniyalı professor Martin Ustav koronavirusdan qorunmaq üçün burun spreyi yaratdıqlarını bildirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, burun üçün damcılar COVID-19-a qarşı antikorların qarışığından ibarətdir. "İscosagen" şirkətində aparılan elmi-tədqiqat işlərinə professor Ustav rəhbərlik edib.

Alimin sözlərinə görə, dərman-damcılar hazırda bütün mövcud koronavirus növlərindən qorumaq gücündədir. Buna baxmayaraq, alimlər dərmanın daha təkmil olması üçün tədqiqatlarını davam etdirirlər.

"Virusdakı dəyişiklikləri müntəzəm izləyir və hələ yayılmamış ştamları neytrallaşdırmağa çalışırıq",- deyə Ustav bildirib.

"BioBlock" adlandırılan dərmanın üzərində "İcosagen"in alimləri ilə bərabər "Chemi-Pharm" şirkətinin, habelə Tartu Universiteti və Estoniya Təbiət Elmləri Universitetinin mütəxəssisləri çalışıblar.

Dərmanın kütləvi istehsalı üçün icazə verilib.


Etiketlər:  Koronavirusdan müdafiə üçün sprey hazırlanıb


RƏYLƏR