Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bernar Arno “Forbes” reytinqində Ceff Bezosu qabaqlayıb

Bernar Arno “Forbes” reytinqində Ceff Bezosu qabaqlayıb

Tarix: 2 Avqust 2021 21:52

Forbes jurnalının versiyasına görə, LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun 72 yaşlı Baş direktoru Bernar Arno dünyanın ən varlı insanları reytinqində ilk pilləyə yüksəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, reytinq ərəfəsində keçirilən hərracın nəticələrinə əsasən, Bernar Arnonun varidatı 2,5 milyard dollar və ya 1,28 faiz artaraq 194,9 milyard dollara çatıb. O, reytinqdə hazırda sərvəti 192,4 milyard dollar həcmində qiymətləndirilən "Amazon" kompaniyasının qurucusu 57 yaşlı Ceff Bezosu qabaqlayıb.

Siyahının üçüncü pilləsində qərarlaşan "SpaceX" kompaniyasının həmtəsisçisi və "Tesla" korporasiyasının Baş direktoru İlon Mask 179,4 milyard dollarlıq sərvətə malikdir. Dünyanın ən varlı insanları reytinqinin ilk beşliyinə, həmçinin "Microsoft" kompaniyasının həmtəsisçisi Bill Qeyts (131,6 milyard dollar) və "Facebook" sosial şəbəkəsinin qurucusu Mark Sukerberq (128,2 milyard dollar) daxildir.

Milli.Az


Etiketlər:  Bernar Arno Forbes reytinqində Ceff Bezosu qabaqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ