Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2019 12:03
Bakı. Trend:
Azərbaycanın lider mobil operatoru Azercell-in İstedadların Rəqəmsal Sponsoru qismində çıxış etdiyi 4-11 avqust tarixlərində Bakı şəhərində keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası iştirakçıların qızğın mübarizələrindən sonra başa çatdı.
"Azercell Telekom"dan Trend-ə verilən məlumata görə, Azərbaycan komandası da daxil olmaqla, 88 ölkədən 600-dən çox şagird, müəllim və ekspertin qatıldığı Olimpiadanın qalibləri 10 avqust tarixində Heydər Əliyev Mərkəzində keçirilən rəsmi Qapanış Mərasimində açıqlandı.
Belə ki, 1-ci yerin sahibi ABŞ-nı təmsil edən Benjamin Qi, 2-ci yerin sahibi Rusiyanı təmsil edən İldar Gainullin, 3-cu yerin sahibi isə Kanadanı təmsil edən Zixiang Zhou adlı iştirakçı olub. Qeyd edək ki, Benjamin Qi ötən il Yaponiyanın Tsukuba şəhərində keçirilən olimpiadanın da qalibi olub. Azərbaycanı təmsil edən iştirakçılara gəlincə, Murad Eynizadə və Abutalıb Namazov ən yaxşı göstəricilər nümayiş etdirərək 232 reytinq xalı ilə Olimpiada cədvəlində öz yerlərini tutublar. Rəsmi mərasimdə Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev, digər təşkilati qurum və sponsorların rəhbərləri iştirak edib, qalibləri təntənəli şəkildə medalla təltif ediblər.
Bir daha qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirildi. Əlavə olaraq, Olimpiadanın rəsmi Qlobal Sponsoru qismində Acer şirkəti və İstedad Sponsoru qismində PAŞA Bank çıxış edib. Xatırladaq ki, 2017-ci ildən etibarən Azercell şirkəti Təhsil Nazirliyi ilə birgə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi vasitəsilə azərbaycanlı olimpiyadaçılar üçün xüsusi hazırlıq məşğələlərinin təşkilində iştirak edir. İstedadların Rəqəmsal Sponsoru olmaqla yanaşı, Azercell şirkəti həm də yarışmaçılar və onları müşayiət edən heyəti Azərbaycanda olduqları müddət ərzində mobil internet və xüsusi hədiyyələrlə də təmin etmiş oldu.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin