Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orqanizmdə gizli iltihab olduğunu göstərən əlamətlər - Bu analizləri verin

Orqanizmdə gizli iltihab olduğunu göstərən əlamətlər - Bu analizləri verin

Tarix: 3 Avqust 2021 21:30

Hər bir insan öz orqanizmində, ümumi bədəndə hansısa xroniki iltihab, el dilində soyuqlama olub-olmadığını bilməli və bunu il ərzində bəzi analizlərlə yoxlamalıdır.

Sonxeber.net medicina.az-a istinadən iltihabın səbəb və əlamətlərini təqdim edir.

İltihab - orqanizmin yad virus, bakteriya və xəstəliklərə təbii, əks reaksiyasıdır və bu tam normal bir haldır. Xalq arasında buna "vospoleniya" deyilir.

Bu proses qısamüddətli olmalıdır, immun sistem tərəfindən tənzimlənməlidir, problem həll olunandan sonra sağalma gedir və hər şey unudulmalıdır. Bu da normaldır.

Hər bir insan ilboyu bir neçə dəfə iltihabla üzləşə bilər.
Lakin bəzən bu proses başlayır, amma bitmir, davamlı olur, xroniki hala keçir. Məhz xroniki iltihab normal deyil.

Xroniki iltihab - simptomsuz olaraq illərlə davam edir, gizli olur, bəzən kəskinləşir, hüceyrələri qocaldır, immuniteti zəiflədir, ciddi xəstəliklərə səbəb olur: diabet, ürək-damar xəstəlikləri, revmatizm, artrit, şiş xəstəlikləri bunlar hamısı xroniki iltihabın nəticəsində baş verir.

İmmunitet getdikcə iltihabla mübarizə apara bilmir, insan xəstəliklərə açıq qapı olur.

Əgər sizin səhhətinizlə bağlı problemlər baş verirsə, amma konkret bir diaqnoz tapılmırsa, bu xroniki iltihabın siqnalı ola bilər.

İltihabın digər əlamətləri:

- Müxtəlif ağrılar
- Yorğunluq
- Yuxusuzluq
- Təşviş, stress
- Qəbizlik, ishal və mədədə qıcqırma, reflüks
- Piylənmə, çəki, qarşısı alınmayan iştah
- Il ərzində tez-tez xəstələnmək
- Qanın göstəricilərinin tez-tez zəifləməsi
- Oynaqlarda sızıltı
- Tez-tez virusa yoluxmaq

İltihab zamanı hansı analizləri verməli?

- C reaktiv zülal - qanda iltihab markeridir. Qaraciyərdə sintez olunur və iltihabi sitokenlərə cavabdehdir.

- İnterleykin 6 - iltihabi sitokindir. İltihaba immun cavabı göstərir.

Əgər bu ikisi yüksək çıxarsa, deməli iltihabi proses gedir. Bu qan testini sistem qırmızı qurdeşənəyi, artrit, artrozlarda təyin edilir.

- Ferritin - orqanizmdə dəmirin yaranması və təminatına cavabdeh zülaldır. İstənilən iltihabi prosesdə ferritin xeyli yüksəlir. Xroniki iltihabda ferritin qana düşür və yüksəlir.

- Fibrinogen - bu zülal trombin fermenti sayəsində aktivləşir. O, yeni qan damarları yaranması və onların bərpasına cavabdehdir. Xroniki iltihabda fibrinogen aktivləşir və analizdə yüksək çıxır.

Xroniki itltihab nədən yaranır?

- Uzunmüddətli infeksiyalar, göbələklər, ağız boşluğunda xəstəliklər, diş problemi, viruslar.

- Ətraf mühitdən toksinlər, ağır metallar, mışyak, qurğuşun, civə sudan, havadan, əşyalardan, dərmanlardan orqanizmə daxil olur. Eləcə də qidalardan pestisidlər, zərərli maddələr, çirkli hava, tüstü, siqaret, kimyəvi maddələr mədə-bağırsaq, tənəffüs sistemində, selikli qişalarda iltihab yaradır.

- Zərərli qidalanma, transyağlar, şəkər, şirniyyat, fast food, qazlı içkilər, rəngli qidalar iltihabı artırır.

- Az hərəkət, artıq çəki, piylənmə

- Stress, əsəb, depressiya, təşviş - xroniki stress iltihab göstəricilərini yüksəldir. Immuniteti zəiflədir.


Etiketlər:  Orqanizmdə gizli iltihab olduğunu göstərən əlamətlər analizləri verin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ