Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tokio 2020: Olimpiyadalar tarixində nadir rast gəlinən qiymətləndirmə - 0.0

Tokio 2020: Olimpiyadalar tarixində nadir rast gəlinən qiymətləndirmə - 0.0

Tarix: 4 Avqust 2021 20:06

Kanadalı üzgüçü Pamela Uor tramplindən tullanmağa hazırlaşarkən maraqlı hadisə baş verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Pamela tramplinin ucunda lazım olan fəndləri yerinə yetirmədən suya tullanıb. Bu isə izləyənlərin təəccübünə səbəb olub. Qaydalara görə suya ilk olaraq ayağı toxunduğuna görə hakimlər üzgüçünü xalsız qoyub - 0.0. Bu cür qiymətləndirmə Olimpiya tarixində nadir hallarda rast gəlinən haldı.

Kanadalı olimpiyaçının yarış sonrası mediaya verdiyi açıqlamada  " Zədələnməkdən qorxduğum üçün belə etdim. Üzr istəyirəm"- deyib.

Milli.Az


Etiketlər:  Tokio 2020 Olimpiyadalar tarixində nadir rast gəlinən qiymətləndirmə 00


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ