Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2021 22:32
Nyu-York şəhərinin hakimiyyət orqanları restoranların müştərilərindən və işçilərindən koronavirusa qarşı vaksinasiya olunmağı tələb edəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Nyu-York şəhərinin meri Bill de Blazio deyib.
"Vaksinasiya olunan hər kəs şəhərdə əlçatan olan bütün xidmətlərdən istifadə edə biləcək. Əgər peyvənd vurdurmamısansa, bunlardan məhrum olacaqsan. Cəmiyyətin bir parçası olmaq istəyənlər vaksinasiyadan keçməlidir", - deyə mer mətbuat konfransında jurnalistlərə bildirib.
Nyu-York merinin sözlərinə görə, peyvənd bərpa və müdafiə üçün "açar", həmçinin özünəməxsus buraxılış vəsiqəsi olacaq. Restoranlar və fitnes klubları üçün bu tələblər avqustun 16-dan qüvvəyə minəcək, sentyabrın 13-dən isə yoxlamalar başlayacaq. Müştərilərin birinci peyvənd barədə sənəd göstərməsi kifayət edəcək.