Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2021 07:36
Türkiyədə meşə yanğınlarının söndürülməsində ən önəmli dəstəyi Azərbaycan göstərib.
Bunu Türkiyə Prezidenti Rəcəba Tayyib Ərdoğan "A Haber" və "ATV" telekanallarına müsahibəsi zamanı deyib.
T.Ərdoğan qeyd edib ki, yanğınların söndürülməsi üçün 50-dən çox ölkədən və təşkilatdan dəstək göndərilib və ya təklif edilib:
"Onların hamısına bir daha öz adımdan və millətim adından təşəkkür etmək istəyirəm. Burada ən önəmlisi Azərbaycandır. Azərbaycan indiyə qədər təxminən 200 yanğınsöndürən göndərib. Onlar da yanğınların söndürülməsinə cəlb ediliblər".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət iki qrup və çox sayda texnika Türkiyəyə göndərilib. Bu gün səhər saatlarında isə Türkiyəyə daha 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən yola düşəcək.