Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Google Pixel 6 və Pixel 6 Pro smartfonlarını anons edib

Google Pixel 6 və Pixel 6 Pro smartfonlarını anons edib

Tarix: 5 Avqust 2021 21:52

Google şirkəti jurnalistlər üçün Pixel 6 və Pixel 6 Pro smartfonlarının qapalı təqdimatlarını keçirdib. Bu ilin payız fəslində rəsmi şəkildə təqdim olunacaq bu smartfonların dizaynlarından əlavə olaraq onların bəzi texniki özəllikləri də məlum olub. Beləliklə hər iki smartfon Google şirkətinin fərdi prosesorunu, təkmilləşdirilmiş kameraları və Pixel seriyasında ilk dəfə qeyri-adi dizaynı əldə edəcəklər. Təqdimat zamanı Google jurnalistlərə smartfonların fotolarını çəkməyi qadağan edib. Lakin buna baxmayaraq Google bu smartfonların render fotosunu təqdim edib. Həmin render foto smartfonların dizaynları ilə yaxından tanış olmağa şərait yaradır. Beləliklə fotodan da görmək olar ki, smartfonların arxa panellərində üfüqi şəkildə yerləşdirilmiş xüsusi sahə mövcud olacaq.

Həmin üfüqi sahədə kameralar və işıqlandırma sistemi olacaq. Sözügedən sahə həmçinin smartfon gövdəsinin iki fərqli rəngə sahib hissəsi arasındakı sərhəd rolunu da oynayır. Məlumatda qeyd edilib ki, Google əvvəlki Pixel modelləri ilə müqayisədə yeni smartfonlarda çəkiliş özəlliklərini təkmilləşdirib. Lakin smartfonların neçə MP-lik kameralara sahib olacaqları barəsində məlumat verilməyib. Məlum olan odur ki, yeni Pixel modellərində olacaq kameralar əvvəlki Pixel modellərindəki kameralardan fərqli olaraq 150% daha çox işığı özlərindən buraxa biləcəklər. Yeni smartfonların arxa panelləri şüşə örtüklərə sahibdirlər. Bundan əlavə olaraq ekranların kənar hissəsləri bir qədər əyilmiş dizaynda reallaşdırılıb.

Google Pixel 6

Məlumata əsasən adi Pixel 6 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.4 düym ekran, Pixel 6 Pro modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ekran əldə edəcək. Adi Pixel 6 modeli ikili arxa kamera ilə, Pixel 6 Pro modeli isə üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan biri 4 qat optik zoom-a sahib teleobyektiv olacaq. Ön kamera isə hər iki smartfonda ekranın yuxarı mərkəz hissəsində yerləşəcək. Yeni Pixel modellərinin əsas özəllikləri ondan ibarətdir ki, onlar Google şirkətinin Tensor adlı fərdi prosessoru sayəsində çalışacaqlar. Sözügedən prosessor Speech On Device API (SODA) proqram platformasının dəstəyinə sahib olacaq. Bu platforma süni zəka əməliyyatları, çəkilişlər, səsli əmrlərin emal olunması, tərcümə və s. ilə bağlı proseslərdən cavabdeh olacaq. Smartfonların digər özəllikləri və onların nə zaman təqdim olunacaqları barəsində Google hələ heç bir məlumat verməyib.


Etiketlər:  Google Pixel Pixel smartfonlarını anons edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ