Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kamran Əliyev Naxçıvanda Vasif Talıbovla görüşüb

Kamran Əliyev Naxçıvanda Vasif Talıbovla görüşüb

Tarix: 5 Avqust 2021 22:16

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikasına səfər edən Baş Prokuror Kamran Əliyevlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov arasında görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, görüş zamanı Baş prokuror tərəfindən Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna bundan sonra da diqqət və qayğının göstəriləcəyi vurğulanıb.

Bununla da, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başa çatıb.

Milli.Az


Etiketlər:  Kamran Əliyev Naxçıvanda Vasif Talıbovla görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ