Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qardaş dəstəyi meydanda hiss olunur” - Türkiyəli jurnalist

“Qardaş dəstəyi meydanda hiss olunur” - Türkiyəli jurnalist

Tarix: 6 Avqust 2021 11:54

Türkiyə bir neçə gündür meşə yanğınları ilə intensiv mübarizə aparır. Yanğınların qarşısını almaq hələ də mümkün olmayıb, bəzi bölgələrdə Azərbaycan FHN-in qrupları ilə birgə tədbirlər davam etdirilir. 

Milli.Az xəbər verir ki, türkiyəli tanınmış jurnalist Mehmet Barlas modern.az-a açıqlamasında bildirib ki, qardaş ölkənin dəstəyi hər sahədə hiss olunur:

"Türkiyədəki yanğınları söndürmək üçün qardaş ölkə Azərbaycandan gələn qruplar Denizlidə həm yanğın yerində, həm də insanların təxliyəsində fəal işlər görürlər.

Yanğınların tamamilə nəzarət altına alınmasında qardaş ölkənin dəstəyi çox oldu. Azərbaycandan gələn Fövqəladə Hallar Nazirliyinin 100 nəfərlik yanğınsöndürən komandası Denizlinin Buldan və Tavas yerlərində meydana gələn yanğınların qarşısının alınmasında öz vəzifələrini layiqincə yerinə yetirdilər.

FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən nazir müavini general-leytenant Etibar Mirzəyev türkiyəli həmkarları Ahmet Demirci, Mehmet Ali İncel ilə  buradakı vəziyyəti müzakirə etdilər. Daha sonra yanğın bölgələrinə müdaxilə etdilər".

Qeyd edək ki, Türkiyədə yanğınların söndürülməsi üçün Azərbaycandan 500-ə yaxın yanğınsöndürən və texnikalar göndərilib.

Milli.Az


Etiketlər:  Qardaş dəstəyi meydanda hiss olunur Türkiyəli jurnalist


RƏYLƏR