Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2021 11:33
"Sərhədlərin delimitasiya edilməsi bizim üçtərəfli bəyanatın tərkib hissəsi olaraq haqqımızdır".
Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.
Polkovnik bildirib ki, haqqımız olan torpaqlarımızda delimitasiya işlərini həyata keçiririk:
"Sərhədlərin delimitasiya, demarkasiyasi sadəcə üçtərəfli bəyanatdan irəli gələn bir məsələ deyil, bu, bizim tarixən olması gərəkən və gecikmiş bir məsələmizdir. Bu gün biz öz haqqımız olanı edərkən düşəmin müxtəlif bəyanatlar verməsi heç bir məna kəsb etmir və istənilən halda delimitasiya işləri həyata keçiriləcək. Azərbaycan sərhədləri uzun illərdir bərpa edilmədiyi halda, artıq bərpa ediləcək. Çünki bu istiqamətdə Ali Baş Komandanımızın da iradəsi məlumdur və bunu dəfələrlə beynəlxalq müstəvidə də elan edib.
Biz 30 il səbr etdik. Bu gün torpaqlarımızı azad etmişik və haqqımız olan torpaqlarımızda delimitasiya işlərini həyata keçiririk. Qarşı tərəfin buna qarşı müəyyən bəyanatlar səsləndirməsi, qanuni-qanunsuz görməsi heç bir məna kəsb etmir. Normal şərtlərdə əgər hadisələrə qanuniçərçivədə baxmış olsaq, bu günkü müxtəlif bəyanatlar səsləndirən Ermənistan Respublikasının hər hansı ordusunun o torpaqlara belə torpaqlarda yerləşməsi belə qanunsuzdur. Çünki onlar bizim tarixi torpaqlarda bir dövlətdirlər və tarixin müxtəlif mərhələlərində haqsınz olaraq torpaqlarımıza müəyyən şəkildə yerləşiblər və yerləşdikləri coğrafiyanı böyüdüblər. Hələ bunun davamında zəbt etdikıəri əraziləri daha da genişləndirməyə həvəsli olublar. Bu gün artıq onların həvəsinin sonudur. İndi Azərbaycan öz haqqı olanı həyata keçirir və torpaqlarında gərəkli delimitasiya işlərini yekunlaşdıracaq.
Azərbaycan Ordusunun hərbi qulluqçuları, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin hər bir nəfəri əmr və göstərişləri Ali Baş Komandandan və müvafiq komandanlıqlardan alır. Ona görə də bu gün Ermənistan hərbi-siyasi rəhbərliyindən hər hansı bir sərsəm bəyanat səsləndirməsi heç bir məna kəsb etmir".
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan Azərbaycan hərbçilərinə atəş açmaq üçün əmr verib. Armenpress -in məlumatına görə, xüsusən, müdafiə naziri Arşak Karapetyan kollegiya iclasındakı çıxışında dərhal Azərbaycan hərbçilərinə atəş açmağı və hər vasitə ilə öldürməyi ciddi şəkildə göstəriş verib.
Təhməz Əsədov