Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ağacları məhv edən şirkət cəzalandırıldı

Bakıda ağacları məhv edən şirkət cəzalandırıldı

Tarix: 7 Avqust 2021 14:06

Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, sözügedən ünvanda yaşayış binasının tikintisi zamanı ağacların "Azenteroil" MMC tərəfindən məhv edildiyi məlum olub:

"Faktla bağlı MMC barəsində akt və protokol tərtib edilib, şirkətin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Nərimanov Rayon Məhkəməsinə göndərilib".

Xatırladaq ki, ötən gün Xidmət rəsmisi Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların qanunsuz götürüldüyünü, torpaq mülkiyyətçisinin və təqsirkarların tapılması üçün araşdırmaların davam etdiyini bildirmişdi.


Etiketlər:  Bakıda ağacları məhv edən şirkət cəzalandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ