Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2021 14:56
Pakistanda koronavirusun "Delta" ştammına yoluxan 106 yaşlı qadın sağalıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı "ARY News" telekanalı yayıb. Məlumata əsasən, 106 yaşlı Hasin Bibi Karaçi şəhərinin xəstəxanalarının birində müalicə alıb və sağaldıqdan sonra evə buraxılıb.
Qeyd edək ki, COVİD-19-un "Delta" ştammı (B.1.617) ilk dəfə 2020-ci ilin oktyabr ayında Hindistanda aşkar olunub. Daha sonradan bu ştammın 3 fərqli mutasiya olmuş variantları (B.1.617.1, B.1.617.2 və B.1.617.3) da aşkar olunub.